Seçki saxtakarlarını nə gözləyir? - Cəzaları açıqlandı - VİDEO

Seçki saxtakarlarını nə gözləyir? - Cəzaları açıqlandı - VİDEO

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdən sonra Mərkəzi Seçki Komissiyası tərəfindən bəzi qanunsuz hallar aşkar edildi. Əldə olunan saxtakarlıq görüntülərinə görə ilk təşkil olunan iclasda 33, 35, 74 və 80 saylı dairələrin nəticələri ləğv edildi. Növbəti iclasda isə 34 saylı Xətai ikinci seçki dairəsinin 7 məntəqəsində nəticələr ləğv olundu. Bəs görək, həmin saxtakarlıqların həyata keçirilməsində əli olan şəxsləri hansı cəzalar gözləyir?

Mövzu ilə bağlı Lent.az -a danışan hüquqşünas Şamil Paşayev Cinayət Məcəlləsinin 161-ci maddəsinə əsasən, hansı halların saxtakarlıq və cinayət hesab olunduğuna aydınlıq gətirib.

Şamil Paşayevin sözlərinə görə, səsvermə prosesində saxtakarlıq edənlər 3 ilədək cəza gözləyir.

Həmsöhbətimiz Azərbaycanda daha çox rast gəlinən seçki saxtakarlıqlarından danışarkən qeydə alınan bir sıra halları misallar çəkib.

Bu kimi hallara nəzarət baxımdan qanunvericilikdə boşluq olmadığını deyən Şamil Paşayev, saxtakarlıqların əsasən, sosial mediada yayıldığını bildirib.

Mənbə: lent.az