Erməni ekspert: “Ermənistan ordusuna ciddi reformlar lazımdır”

Erməni ekspert: “Ermənistan ordusuna ciddi reformlar lazımdır”

“Ermənistan ordusuna ciddi reformlar lazımdır”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın Şirak Dövlət Universitetinin İdarəetmə kafedrasının müəllimi, ekspert Artur Hambardzumyan deyib.

O qeyd edib ki, ordu 18-20 yaşlı gənclərin daxil olduğu və müxtəlif manipulyasiyalara məruz qalmağa başladığı qapalı orqandır.

“Bu gün orduda cinayət submədəniyyəti var. Və əminliklə deyə bilərəm ki, orduda intiharların əksəriyyəti birbaşa şəkildə bu cinayət submədəniyyətinin çirkli əxlaqlarının nəticəsidir”, - deyə Hambardzumyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az