Yanukoviç xalqa müraciət etdi: Ölkə parçalanır...

Yanukoviç xalqa müraciət etdi: Ölkə parçalanır...

Ukraynanın eks-prezidenti Viktor Yanukoviç Maydan hadisələrinin 6 illiyi münasibətilə ukraynalılara müraciət edib.

Axar.az xəbər verir ki, onun müraciətini vəkili Vitali Serdyuk öz Feysbuk səhifəsində yerləşdirib.

O, Maydanın altı il sonra belə ölkəni parçalamağa davam etdiyini bildirib:

“Radikallar həqiqət monopoliyasını mənimsəyərək, bütün cəmiyyətə Ukraynanın müasir tarixi ilə bağlı öz versiyalarını sırıyırlar. Bununla belə Vladimir Zelenskinin hakimiyyətə gəlişi Ukraynanın gələcəyini yaxşılığa doğru dəyişə bilər. Zelenskinin ilk addımları sülh, ədalət, stabilliyin bərpası üçün ümidlər verir”.

Mənbə: axar.az