ABŞ yüzlərlə əsgərini Türkiyənin bir addımlığına yerləşdirdi - Nüvə raketləri...

ABŞ yüzlərlə əsgərini Türkiyənin bir addımlığına yerləşdirdi - Nüvə raketləri...

ABŞ 500 əsgərini Cənubi Kiprdəki “Andreas Papandreu” aviabazasına yerləşdirib.

Publik.az xəbər verir ki, bu barədə “Haravqi” qəzeti informasiya yayıb.

“Kipr ABŞ-ın Yaxın Şərq ölkələrinə hücum mövqeyinə çevrildi” başlıqlı xəbərə görə, İngiltərənin “Ağrotur” hərbi bazasında transfer işləri başlanıb. Həmçinin, ABŞ-ın Türkiyədəki “İncirlik” bazasının da bu adaya köçürüləyəcəyi iddiası qeyd olunub.

Qəzet bildirib ki, ABŞ əsgərləri iranlı general Qasım Süleymaninin sui-qəsdindən sonra adaya gətirilib. Bu durum da Kiprə zərər verə, adanı hədəf taxtasına qoya bilər.

Qeyd edək ki, "İncirlik"də ABŞ-a aid nüvə başlıqlı raketlərin olduğu bildirilir.

Zümrüd

Mənbə: publika.az