Tramp: Avropa mədəniyyəti məhv olub

Tramp: Avropa mədəniyyəti məhv olub

Fərqli mədəniyyətlərdən olan 1 milyondan artıq miqrantın cəlbi Avropanı həmişəlik pis tərəfə dəyişdi.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Düşünürəm ki, Avropa ilə baş verənlər biabırçılıqdır. Avropada immiqrasiyaya yer vermək rüsvayçılıqdır. Düşünürəm ki, bu, Avropanı dəyişdi və əgər çox sürətli hərəkət etməsək, o, heç vaxt əvvəllər olduğu kimi olmayacaq. Məncə, siz öz mədəniyyətinizi itirirsiniz.

Mən Avropanı çox sevirəm. Unutmayın ki, mən Avropa Birliyinin məhsuluyam. Mənim atam Almaniyadan, anam isə Şotlandiyadandır”, – deyə o bildirib.

Mənbə: axar.az