Paşinyanın utopik, məntiqsiz açıqlamaları fayda verməz

Paşinyanın utopik, məntiqsiz açıqlamaları fayda verməz

Xüsusən danışıqlar prosesində Paşinyanın utopik açıqlamaları heç bir fayda verməyəcək. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Politoloq Qaqik Hambaryan deyib.

Politoloq Ermənistanın baş naziri Nikol Paşinyanın Münhendə Azərbaycan Prezidenti ilə görüşə praktik olaraq hazır olmadığından narahatdır. "Onun aparatı da və özü də Azərbaycan tərəfinın hansı məsələləri səsləndiriləcəyini əvvəlcədən bilməli idi”, - deyə Qaqik Hambaryan baş nazirə irad bildirib.

Politoloqun fikrincə, Paşinyanın ilk səhvi, Azərbaycanın keçmiş prezidentinin guya "Argumentı i Faktı" qəzetinə müsahibə verərək Xocalı hadisələri zamanı Azərbaycan Xalq Cəbhəsinin xüsusi təyinatlılarının dinc əhalinin qırğınında iştirak etdiyini söyləməsidir. İkinci kobud səhv kimi Qaqik Hambaryan Paşinyanın Şaumyan rayonunun 100% ermənilər tərəfindən məskunlaşması barədə dediklərini göstərir.

Politoloq görüş zamanı Azərbaycan Prezidentinin dediklərinə Nikol Paşinyanın cavab vermədiyini də vurğulayıb. Qeyd edib ki, Nikol Paşinyanın davranış tərzi ümumiyyətlə qəbuledilməzdir: “Azərbaycan tərəfi bir neçə dəfə azərbaycanlıların ermənilər tərəfindən etnik təmizlənməsinin təşkili barədə tezisdən istifadə etdi, lakin Paşinyan heç bir cavab vermədi. Bu, çox böyük bir təhlükəni özündə cəmləşdirir. Paşinyanın mikro və makro inqilablar barədə utopik, məntiqsiz açıqlamaları, xüsusən də danışıqlar prosesində heç kimə fayda verməz".

Mənbə: sia.az