David Xotodaşvili: Xocalı soyqırımı insanlığa qarşı törədilmiş bəşəri cinayətdir

David Xotodaşvili: Xocalı soyqırımı insanlığa qarşı törədilmiş bəşəri cinayətdir

Tbilisi, 20 fevral, AZƏRTAC

Tarixdə bir neçə qətliamlar, faciələr, soyqırımı faktlarına rast gəlmişik. Lakin Xocalı soyqırımı o faciələrin hamısından fərqlidir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü tarix müəllimi David Xotodaşvili söyləyib.

O deyib: “Xocalı soyqırımı barədə çoxlu material oxumuşam. Ermənilərin Xocalıda bir gecədə 600-dən çox insanı, o cümlədən uşaq, qoca və hamilə qadınları xüsusi qəddarlıqla qətlə yetirmələri misli görünməmiş amansızlıqdır. Xocalıda soyqırımı insanlığa qarşı törədilmiş bəşəri cinayətdir”.

David Xotodaşvili bildirib ki, dünya ictimaiyyəti bu cür vəhşiliklərə göz yummamalıdır. İkili standartlara son qoyulmalı, cinayətkarlar layiq olduqları cəzanı almalıdırlar. Əks halda bəşəriyyət bundan da ağır cinayətlərlə üzləşəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Mənbə: azertag.az