Yəməndən Səudiyyəyə ballistik raketlər atılıb, havadan müdafiə qarşılıq verib

Yəməndən Səudiyyəyə ballistik raketlər atılıb, havadan müdafiə qarşılıq verib

Səudiyyə rəsmiləri bu hücumun fəsad və xəsarətləri barədə əlavə məlumat verməyiblər...

Ötən gecə Yəmən ərazisindən Səudiyyə Ərəbistanın Qırmızı dəniz sahilində yerləşən bir neçə şəhəri istiqamətdə ballistik raketlər atılıb.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın hərbi koalisiyasının sözçüsü Türki əl-Maliki açıqlama verib.

O bildirib ki, “husilərin atdığı ballistik raketlər havadan müdafiə qüvvələri sistemlərilə zərərsizləşdirilib.”

Səudiyyə rəsmiləri bu hücumun fəsad və xəsarətləri barədə əlavə məlumat verməyiblər.

Səudiyyə Ərəbistanın qeyri rəsmi mənbələri ötən gecə Yəmən sərhədlərindən 800 km uzaqda yerləşən Yanbu sənaye şəhəri səmasında bir neçə ballistik raketlərin vurulduğunu əks etdirən videolar yayımlayıblar.

Qeyd edək ki, Səudiyyə və koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıblar. Mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri” (husilər) cavab olaraq Səudiyyə ərazilərini ara-sıra ballistik raketlər və PUA-larla hədəfə aldıqlarını bəyan edirlər.

Mənbə: www.interaztv.com