Putin ukraynalılara səsləndi: “Unutmayın, kökümüz eynidir!”

Putin ukraynalılara səsləndi: “Unutmayın, kökümüz eynidir!”

Rusiya lideri Vladimir Putin ukraynalıları milli kimliyə hörmət etməyə, Rusiya və Ukraynanın ortaq tarixini unutmamağa çağırıb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya prezidenti bu barədə “Vladimir Putinə 20 sual” layihəsi çərçivəsində danışıb.

Dövlət başçısı qeyd edib ki, Ukrayna əhalisinin əhəmiyyətli bir hissəsində milli özünüdərk hissi varsa, buna hörmətlə yanaşmalıyıq, amma kim olduğumuzu və haradan gəldiyimizi unutmamalıyıq.

Putin Ukrayna Pravoslav Kilsəsi haqqında da danışıb. Onun sözlərinə görə, Ukrayna Pravoslav Kilsəsi Moskva Patriarxlığının tərkibində olanda tam müstəqil olub.

“Bu qurumu diri-diri kəsmək lazım deyildi” deyə prezident əlavə edib, -“Niyə?”.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az