"Paşinyanın bu açıqlamasından sonra, ordumuz hərkətə keçməlidir"-RƏY

"Paşinyanın bu açıqlamasından sonra, ordumuz hərkətə keçməlidir"-RƏY

Ermənistannın Baş naziri Nikol Paşinyan Ermənistanın yerli televiziyası olan İctimai TV-yə verdiyi müsahibədə danışıqlar formatının üzərindən xətt çəkəcək açıqlama verib. O, heç bir ərazinin güzəştə getməyəcəyini vurğulayıb. Bu açıqlama faktiki danışıqların növbəti mərhələsində Paşinyanın daxili auditoriya üçün mesajı olsa da, Minsk qrupu həmsdərlərinin Cenevrədə başlatdığı danışıqların faktiki fiaskosudur.

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, Ermənistanın danışıqlarda maraqlı olmadığını açıq şəkildə beynəlxalq ictimaiyyətə, Minsk qrupunun həmsdər dövlətlərinə çatdırmaq lazımdır:
"Həmsdərlər aydın görməlidir ki, danışıqlar kim tərəfindən dayandırlır və sabotaj edilir.
Nikol Paşinyanın bu çıxışı Azərbaycanın xeyrinədir. Biz beynəlxalq təşkilatlara Paşinyanın bu çıxışını göstərməli və artıq danışıqların Ermənistanın tutduğu qeyri-konusturiktiv mövqeyinə görə faydasız olduğunu bildirməliyik. Birmənalı şəkildə hərbi varinata əl atmalıyıq".
Politoloq artıq hərbi yola əl atmağın zamanının gəldiyini qeyd edib:
"Əgər Azərbaycan hazırkı məqamda hücuma keçib iki rayonu azad edib geri çəkilməsə, tutduğu mövqedə möhkəmlənib dayanarsa bu münaqişənin həllində 360 dərəcə Azərbaycanın xeyrinə dəyişə bilər. Göründüyü kimi, Paşinyan işğalçı ölkə olduqlarını yenidən bəyan edir və danışıqların üstündən xətt çəkir.
Bundan sonra hansı məqsədlə danışıqlar aparılmalıdır ki, biz prosesə inana bilək?
Paşinyan apreldən sonra demək istədiyini, indi dedi. Paşinyanın bu açıqlamasından sonra ordumuz hərkətə keçməlidir.
Ümumiyyətlə Azərbaycan tərəfi mart və aprel ayında müəyyən qədər Ermənistan üçün vaxt tanımışdı. Göründüyü kimi Ermənistan tərərfi müharibə variantını seçir".
Bununla yanaşı, politoloq bildirib ki, Paşinyan dediklərini təkzib də edə bilər:
"Amma Paşinyan sabah növbəti dəfə dediklərini danacaq. Təbii ki, Paşinyan ərazilərin qaytarılması gücündə deyil. Sadəcə, yenilənmiş Madrid və Lissabon prinsipləri üzrə danışıqlara razılıq verib və bu istiqamətdə danışıqlar davam edir. Amma yenidən danışıqları pozur. Onu da qeyd etməliyəm ki, Paşinyan Münhen Təhlükəsizlik Konfransında aldığı ağır psixoloji tramvadan hələ çıxa bilməyəcək".

Fəridə Ağazadə

 

 

Mənbə: sonxeber.az