İspaniya Müdafiə Nazirliyi hərbi qulluqçuların sayını artırmaq niyyətindədir

İspaniya Müdafiə Nazirliyi hərbi qulluqçuların sayını artırmaq niyyətindədir

İspaniyanın Müdafiə naziri Marqarita Robles Konqresdə elan edib ki, onun başçılıq etdiyi struktur Silahlı Qüvvələrin sayını təqribən 127 min hərbi qulluqçuyadək artırmaq niyyətindədir. AZƏRTAC xəbər verir ki, hazırda İspaniya Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayı heç 120 min nəfərə çatmır.

Nаzir bildirib ki, İspaniya, Fransa və Almaniya altıncı nəsil qırıcı təyyarənin birgə işlənib hazırlanması barədə müqavilə imzalayıblar. Birinci mərhələdə layihəni Paris və Berlin maliyyələşdirəcək və bu işə 155 milyon avro vəsait ayıracaqlar.

Marqarita Robles İspaniyanın istər Avropa İttifaqının, istərsə də NATO-nun missiyalarında bundan sonra da fəal rol oynamaq niyyətini açıqlayıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

Mənbə: azertag.az