Haftər Liviyada hərbi əməliyyatları dayandırmaq üçün şərtlərini açıqladı

Haftər Liviyada hərbi əməliyyatları dayandırmaq üçün şərtlərini açıqladı

Eastnews.org-un verdiyi xəbərə görə, Liviya Milli Ordusuna komandalıq edən marşal Xəlifə Haftər hərbi əməliyyatların dayandırılmasının Suriya muzdlularının ölkədən çıxarılması və Türkiyədən silah tədarükünün kəsilməsindən sonra mümkün olacağını açıqlayıb.
O, bu barədə RİA “Novosti”yə müsahibəsində bildirib.
“Atəşkəs bir sıra şərtlərin nəticəsidir. Suriya və Türkiyə muzdlularının geri qaytarılması, Tripoliyə Türkiyə tərəfindən silah tədarükünün dayandırılması, terrorçu qrupların ləğvi (Tripolidə)”, - deyə Xəlifə Haftər bildirib.

Mənbə: RİA

Mənbə: eastnews.org