Milyarder Blumberq seçki kampaniyasına 409 milyon dollar xərcləyib

Milyarder Blumberq seçki kampaniyasına 409 milyon dollar xərcləyib

Sərvəti 64,2 milyard dollar dəyərində qiymətləndirilən 78 yaşlı milyarder Blumberq, kampaniyasını şəxsi vəsaitlərindən maliyyələşdirir...

Noyabrda keçiriləcək seçkilərdə Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd olan Nyu Yorkun keçmiş meri, milyarder Maykl Blumberq kampaniyasına ümumilikdə 409 milyon dollar xərcləyib.

İnterAz-ın verdiyi xəbərə görə, bura bu ilin yanvar ayında xərclənmiş 220,6 milyon da daxildir.

Bu barədə "Reuters" xəbər agentliyi Blumberqin seçki qərargahının Federal Seçki Komissiyasına təqdim etdiyi məlumatlara istinadən xəbər verib.

Sərvəti 64,2 milyard dollar dəyərində qiymətləndirilən 78 yaşlı milyarder Blumberq, kampaniyasını şəxsi vəsaitlərindən maliyyələşdirir.

Mənbə: www.interaztv.com