Türkmənistan Prezidentindən qəzet və jurnallar haqda - MÜHÜM QƏRAR

Türkmənistan Prezidentindən qəzet və jurnallar haqda - MÜHÜM QƏRAR

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov ölkədə nəşr edilən bir sıra qəzet və jurnalların əsasnaməsini təsdiq edib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, adları çəkilən mətbu orqanlar bunlardır:

Qəzetlər – “Türkmənistan”, “Neytral Türkmənistan”, Türkmənistan prezidentinin mətbuat çaparı”, “Vətən”, “Yüksəliş”, “Nəsil”, “Ədəbiyyat“, “Aşqabad”, “Müəllimlər qəzeti”, “Ədalət”, Türkmən dünyası”, “Türkmən dili”, “Əsgər” və “Bərəkətli torpaq”.

Jurnallar – “Diyar”, Qaraqum”, “Dünya ədəbiyyatı” və “Günəş” .

Mənbə bildirir ki, bu nəşrlərin təsisçisi Türkmənistan Nazirlər Kabinetidir.

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, sənəd “medianın fəaliyyətinin daha da yaxşılaşdırılması, vətənin qazandığı yüksək nailiyyətlərin dünya miqyasında tanıdılması və cəsarətli xalqımızın uğurları üçün” qəbul edilib.

KONKRET.az

Mənbə: konkret.az