El Pais: Portuqaliya hökuməti evtanaziyanı qanuniləşdirə bilər

El Pais: Portuqaliya hökuməti evtanaziyanı qanuniləşdirə bilər

Portuqaliya Katolik Kilsəsinin evtanaziyanın leqallaşdırılmasının əleyhinə olduğu qeyd olunur...

Portuqaliya hökuməti evtanaziyanı qanuniləşdirə bilər. Bu barədə "El Pais" qəzeti yazır.

İnterAz-ın verdiyi xəbərə görə, müvafiq qanun layihəsi ölkənin Respublika Məclisində (birtərəfli parlament) dəstək alıb.

Səsvermənin ikinci turu fevralın 20-də baş tutub. Daha sonra komissiya qanun layihəsini dəyərləndirəcək və müvafiq düzəlişlər edəcək.

Portuqaliya sakinləri evtanaziyanın leqallaşdırılması məsələsinə müsbət yanaşır, 50.5 faiz insan qanun layihəsinin lehinə, təqribən 25 faiz əleyhinə çıxır.

Portuqaliya Katolik Kilsəsinin evtanaziyanın leqallaşdırılmasının əleyhinə olduğu qeyd olunur.

Mənbə: www.interaztv.com