“İlham Əliyevlə Münhendəki müzakirə dönüş nöqtəsi əhəmiyyətinə sahibdir” - Paşinyan

“İlham Əliyevlə Münhendəki müzakirə dönüş nöqtəsi əhəmiyyətinə sahibdir” - Paşinyan

“Hesab edirəm ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə dönüş nöqtəsi əhəmiyyətinə sahibdir”. Ordu.az xəbər verir ki, bunu fevralın 20-də Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan İctimai Televiziyasına verdiyi müsahibəsində bildirib.

Paşinyanın sözlərinə görə, ən vacib nəticə budur ki, o, erməni xalqına verdiyi ən vacib vədlərdən birini həyata keçirib.

“Mən demişəm ki, Qarabağ məsələsinin danışıqlar prosesində Ermənistan xalqından hər hansı bir sirrim olmayacaq. “Qarabağ məsələsinin mahiyyətinə ekspertlərin dar çərçivəsi sahib olmalıdır” zamanları keçib. Qarabağ məsələsinin məzmunundan bütün erməni xalqı xəbərdar olmalıdır”, - deyə Paşinyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az