Lukaşenko Putinin gözlənilməz təklifi barədə danışdı

Lukaşenko Putinin gözlənilməz təklifi barədə danışdı

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya lideri ilə telefon danışığından söz açıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “BelTa” agentliyi yayıb.

Belarus liderinin sözlərinə görə, Putin neft tədarükü üçün “gözlənilməz təklif” irəli sürüb.

Yeni təklif Belarusun ixrac rüsumları zamanı yaranan itkisini kompensasiya edəcək.

“Keçən il rüsumdan 1 milyard dollar aldıqsa, bu il o məbləğ azalaraq 700 milyon dollar təşkil edəcək. Deməli, 300 milyon dolları kompensasiya edəcəyik. O cümlədən şirkətlərə mükafatlar verməklə” deyə Lukaşenko vurğulayıb.

Lukaşenko bildirib ki, bu təklif neft məsələsindəki mübahisələrin həlli üçün bir yoldur, çünki Rusiya 2019-cu ildə yanacaq tədarükündə maliyyə səviyyəsini qorumağa hazırdır.

Belarus prezidenti Putinin təklifi ilə razılaşacağını deyib. Bunu səbəbini o, belə izah edib:

“Rusiya bazarda inhisarçıdır və neftin qiymətinin tənzimlənməsi ilə bağlı qərar qəbul edir”.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az