ABŞ-dan Türkiyəyə başsağlığı: Yanınızdayıq!

ABŞ-dan Türkiyəyə başsağlığı: Yanınızdayıq!

ABŞ hökuməti Suriyanın İdlib şəhərində türk əsgərlərinin şəhid olmasına görə rəsmi Ankaraya başsağlığı verib.

Axar.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin açıqlamasında türkiyəli hərbçilərin gərginliyin azaldılması üçün İdlibdə olduğu vurğulanıb.

“NATO müttəfiqimiz olan Türkiyənin yanındayıq”, - deyə bildirilib.

Qeyd edək ki, dünən İdlib uğrunda gedən döyüşlərdə 2 türk əsgəri şəhid olmuşdu.

Mənbə: axar.az