Keçmiş ər-arvad seçkilərdə rəqib olacaq

Keçmiş ər-arvad seçkilərdə rəqib olacaq

1995-ci ildən növbəli şəkildə Fransanın Şərqi Pireney departamentinin Le Barkares şəhərciyinin meri vəzifəsini tutan Alen və Joel Ferran bu il post uğrunda müttəfiq deyil, rəqib kimi mübarizə aparacaqlar.

“Qafqazinfo”nun “BFM TV”yə istinadən məlumatına görə, cütlük 30 il bərabər yaşayıb. Lakin onlar münasibətlərinə son qoymaq qərarına gəliblər. İndi keçmiş ər-arvad seçkilərdə üz-üzə gələcək.

“Biz hələ də bir damın altında yaşayırıq, amma bu, həqiqətdir ki, o, daha (rəsmi) həyat yoldaşım olmayacaq... Həyat davam edir”, - Alen Ferran deyib.

Öz növbəsində, Joel Ferran eks-ərinə güzəştə getməyəcəyini və ona rəqib olmağa hazır olduğunu bildirib.

 

Mənbə: qafqazinfo.az