Zelenski açıqladı: Ən təhlükəli virus budur!

Zelenski açıqladı: Ən təhlükəli virus budur!

Ən təhlükəli virus nifrətdir və bunun da cavabını verəcəklər.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski xalqa çağırışında deyib.

“Vətəndaşlarımızın Çindən Ukraynaya gətirilməsindən dolayı sevincliyik. 2 həftəlik karantin müddəti boyunca sınaqdan keçəcəyik. Yalan xəbərlərə deyil, sağlam, məntiqli düşüncəyə inanacağıq. Unutmayın, ən qorxunc virus nifrətdir. Məqsədli şəkildə xalq arasında panika yaradanların olduğunu bilirik. Cavabını verəcəklər!” - deyə Zelenski bildirib.

Qeyd edək ki, ötən günlərdə Çindən 80-ə yaxın ukraynalı vətənlərinə gətirilmişdi. Onların Noviye Sanjari adlı bölgədə karantinə yerləşdirilməsi yerli əhalinin kəskin narazılığına səbəb olmuşdu.

Mənbə: axar.az