Mübariz Mənsimov: “Qoca məmurların hamısını təqaüdə göndərmək lazımdır”

Mübariz Mənsimov: “Qoca məmurların hamısını təqaüdə göndərmək lazımdır”

“Kaş 4 seçki dairəsinin deyil, ümumi seçki dairələrinin yarısının nəticələri ləğv ediləydi. Narazılıq çoxdur. 74 saylı Lənkəran kənd seçki dairəsi ilə bağlı fikrimi bildirmişdim. Burada təkcə Hadi Rəcəblidən söhbət getmir... Qoca məmurların hamısını təqaüdə göndərmək lazımdır ki, nəvələrinə vaxt ayırsınlar. Deyəcəm ki, keçmişlərini yazsınlar, o isə yoxdur. Gənclərə yol açılmazsa, çətin duruma düşəcəyik”.

Pravda.az-ın xəbərinə görə, bunu “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov deyib.

M.Mənsimov küçə etirazlarının tərəfdarı olmadığını qeyd edib: “Məsələləri hüquqi müstəvidə həll etmək lazımdır. Bu isə hüququn işlədiyi dövlətə aiddir. Azərbaycanda hüququn tamamilə işlədiyinə inanmıram. Müstəqil məhkəmə hər kəsə lazımdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatlar həyata keçirilir, gənc kadrlar önə çəkilir. Ümid edirik ki, davamlı olacaq. Mənə olunan təzyiqlər Azərbaycandakı bəzi məmurlar tərəfindən sifariş edilir. Fəaliyyətimiz o qədər təmiz və şəffafdır ki, onlar bizə nə qədər çamur atsalar da, yapışmayacaq. Yalançı şahidlərlə nəsə etmək mümkün deyil. Türkiyədə hüquq saat kimi işləyir. Mübarizəm davam edir. Barəmdə həbs qərarı ilə bağlı deyilənlər həqiqətə uyğun deyil. Mübariz Mənsimov dünyada tanınmış iş adamıdır, 21 dövlətdə şirkətim var, xarici ölkələrə bağlılığım buradandır...”

Mənbə: pravda.az