Xocalı soyqırımı-28 - VİDEO

Xocalı soyqırımı-28 - VİDEO

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi tərəfindən Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbirdə Krallıqda yaşayan həmvətənlərimiz, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Giriş sözü ilə çıxış edən Səfir Şahin Abdullayev Xocalı faciəsi və Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib. Ermənilərin Azərbaycan xalqına qarşı dəfələrlə qırğınlar törətdiyini qeyd edən səfir Xocalı soyqırımının bəşəriyyət tarixində amansızlıqla törədilmiş ən qanlı faciələrdən biri olduğunu vurğulayıb. Xocalı soyqırımını ermənilərin Azərbaycanda həyata keçirdikləri etnik təmizləmə siyasətinin davamı olduğunu diqqətə çatdırıb.

Səfir Ş.Abdullayev Xocalı faciəsinin dünyada, xüsusilə də İslam aləmində tanıdılması və bu soyqırımı hadisəsinin qınanması istiqamətində Azərbaycan hökumətinin, xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlər haqqında tədbir iştirakçılarına məlumat verib.

Tədbirin sonunda Heydər Əliyev Fondu tərəfindən çəkilmiş “Khojaly Genocide” adlı sənədli film nümayiş etdirilib.

Mənbə: www.realtv.az