Serbiya Rusiyadan "Pantsir"i aldı

Serbiya Rusiyadan "Pantsir"i aldı

Serbiyanın Rusiyadan aldığı "Pantsir-S1" hava hücumundan müdafiə kompleksi bu ölkəyə gətirilib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Serbiya Müdafiə naziri Aleksandr Vulin deyib. O bildirib ki, tədarük edilən müdafiə komplekslərinin ilk qismi Serbiyadakı Bataynitsa hərbi hava limanına çatdırılıb.

Nazir rus istehsalı "Pantsir-S1" sistemlərinin bölgədə olan bu tip silahlar arasında yeganə olduğunu qeyd edərək onun Serbiyanın təhlükəsizliyini artıracağını bildirib.

Mənbə: axar.az