Berlində soydaşlarımızla görüş - VİDEO

Berlində soydaşlarımızla görüş - VİDEO

Almaniyanın paytaxtı Berlində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla görüş keçirildi.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, 30-a yaxın ölkədən Berlinə gələn soydaşlarımız, Azərbaycan evlərinin və "Qarabağ" Azərbaycan məktəblərinin rəhbərləri iştirak edirdilər.

Görüşdən sonra Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov REAL-a müsahibəsində qeyd etdi ki, son illər ərzində Diaspora sahəsində həyata keçirilən siyasət onu göstərir ki, bu yöndə tutduğumuz məqsəd çox düzgündür.

Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov isə müsahibəsində Azərbaycan və Almaniya münasibətlərinə toxundu.



Bundan başqa, görüşdə çıxış edən təşkilat rəhbərləri və üzvləri bütün dünyada diaspor hərəkatının güclənməsi naminə görülən işləri təqdir etdiklərini bildirdilər. Müxtəlif ölkələrdə açılan Azərbaycan evlərinin və həftəsonu məktəblərinin, diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycan Alyansının təşkilatçılığı ilə keçirilən Ümumavropa Qarabağ mitinqinin əhəmiyyətindan danışıldı.

Bu cür tədbirlərin dünya azərbaycanlılarının səsinin beynəlxalq təşkilatlara çatdırılması, diaspor təşkilatlarının birliyinin daha da artırılması, soydaşlarımızı ruhlandırılması baxımından önəmli olduğu vurğulandı.

 

Mənbə: www.realtv.az