Fransa Kiprə döyüş gəmisi göndərdi

Fransa Kiprə döyüş gəmisi göndərdi

Aralıq dənizində Türkiyə ilə Yunanısatn arasında yaranan təbii qaz gərginliyindən sonra Fransa Kiprə döyüş gəmisi göndərib.

Redaktor.az xəbər verir ki, “Şarl De Qol” adlı Fransız gəmisi bu gün Cənubi Kiprin Limasol limanına çatıb.

Gəmi heyyətini Cənubi Kiprin bır sıra yüksək rütbəli şəxsləri qarşılayıb. Gəmidə 600 şəxsi heyyət, 20 ədəd döyüş təyyarəsi, iki erkən xəbərdarlıq sistemi ilə təchiz edilmiş "Hawkeye E2-C" radar təyyarəsi, 1 ədəd "Kaiman" vertolyotu və 2 ədəd "Dauphin Pedro" helikopteri var.

Mənbə: redaktor.az