ABŞ Konqresindən erməni separatçılarına açıq dəstək

ABŞ Konqresindən erməni separatçılarına açıq dəstək

Dağlıq Qarabağdakı "seçkilər"i müşahidəyə adam göndərəcəklər...

Aram Amatuni“1in.am”, Ermənistan, 21 fevral 2020-ci il

Amerika Erməni Assambleyasının (AEA) həmsədri Entoni Barsamyan “Amerikanın səsi” ilə söhbəti zamanı bildirib ki, ABŞ-ın Ermənistana marağı artıb. O, ABŞ-ın Ermənistanda baş verən dəyişikliklərə maraq göstərdiyini və bunun Ermənistana verilən dəstəyin genişləndirilməsinə gətirib çıxara biləcəyini qeyd edib.

ABŞ-ın Ermənistana marağının nə üçün artdığı, şübhəsiz, hətta AEA həmsədrinin bəyanatı olmadan da aydındır. Təbii, o, əlbəttə, təkcə informasiya sahəsində deyil, daxili “mətbəx”dən də məlumatlıdır. Bununla birlikdə, ABŞ-ın Ermənistana, erməni amilinə marağının artması açıqdır, hətta adi gözlə görünür. Və burada dəqiq göstərici yalnız ABŞ Konqresinin hər iki palatasının erməni soyqırımı (mətndə belə gedib –tərc.) haqqında bənzəri görünməmiş qətnamə qəbul etməsi deyil, həmçinin Konqresdə Artsaxa (Dağlıq Qarabağ mətndə belə adlandırılıb – tərc.) da marağın artmasıdır. Konqresin bir neçə ermənipərəst üzvü qərara alıb ki, öz ofislərinin təmsilçilərini 31 martda keçiriləcək ümumdövlət (mətndə belə gedib –tərc.) seçkilərini müşahidə etmək üçün Artsaxa (Dağlıq Qarabağ mətndə belə adlandırılıb – tərc.) ezam etsinlər.

 

Mənbə: pia.az