Rusiyada Vətənin Müdafiəçisi Günü qeyd olunur

Rusiyada Vətənin Müdafiəçisi Günü qeyd olunur

Bu gün Rusiyada Vətənin Müdafiəçisi Günü qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bayram münasibətilə ölkədə müxtəlif tədbirlər həyata keçirilir. İlk olaraq Rusiya Prezidenti Vladimir Putin Kremlin divarları önündə Naməlum Əsgər abidəsi önünə əklil qoyub. Ənənəyə görə axşam Dövlət Kreml sarayında böyük bayram konserti baş tutacaq. Bayram tədbirləri Rusiyanın bütün regionlarında parklarda və meydanlarda təşkil olunur. Günün sonunda Rusiyanın Qəhrəman şəhərləri – Moskva, Volqoqrad, Sankt-Peterburq və digərlərində atəşfəşanlıq olacağı gözlənilir.

SSRİ dövründə bu bayram Sovet Ordusu Günü kimi bütün keçmiş sovet respublikalarında qeyd olunurdu. 1923-cü ildə İnqilabi Hərbi Şura tərəfindən Qızıl Ordu və Dəniz Donanması Günü təsis edilmiş bayram sonralar Qızıl Ordu və Hərbi Dəniz Donanması Günü adlandırılıb. 2006-cı ildən artıq müstəqil Rusiyada Vətənin Müdafiəçisi Günü kimi qeyd edilir. Fevralın 23-ü Rusiyadan başqa, Belarus, Qırğızıstan, Tacikistan və digər ölkələrdə də bayram günü sayılır.

Mənbə: azertag.az