Sumqayıtda seçki məcəlləsinin tələbləri necə pozuldu?

Sumqayıtda seçki məcəlləsinin tələbləri necə pozuldu?

Teref.az yazır ki, Sumqayıt 44 saylı seçki dairəsindən daha bir şikayət var. Elektron poçtumuza daxil olan məktubda yazırlar:
Salam hörmətli redaksiya!
Növbədənkənar Parlament seçkilərində təbliğat və təşviqatla məşğul olmaq istəyən Kütləvi İnformasiya Vasitələrinin hələ Yanvar ayının əvvəlindən MSK-da akreditasiyadan keçməsinin vacibliyini şəxsən MSK sədri Məzahir Pənahov bildirmişdir. MSK-sədrinın bu çağırışına əməl edən bir çox kütləvi informasiya vasitələri MSK-ya rəsmi müraciət edərək qeydiyyatdan keçdilər və qanuni olaraq təbliğat və təşviqatla məşğul oldular. Lakin müşahidəmiz onu göstərdi ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan sərnişindaşıma avtobuslarında quraşdırılmış televizor monitorlarında ödənişli əsaslarla reklam xidməti göstərən "Busmedia" reklam şirkəti namizədlər arasında ayrıseçkilik qoymaqla yalnız YAP namizədlərinin seçkiqabağı təbliğat reklam çarxlarının yayımlanması ilə məşğul olaraq, ölkəmizdə MSK nın yaratdığı sağlam rəqabət şəklində seçki mübarizəsi meydanını yalnız iqtidar partiyasının namizədləri üçün açıq elan etmişdir. Özü də MSK-ya rəsmi müraciət edərək akreditasiyadan keçməməklə. Bu hal Sumqayıt şəhərində 4 seçki dairəsi üzrə mübarizə aparan 60-a yaxın digər namizədlərin haqlı narazılıqlarına səbəb olmuşdur ki, bu barədə MSK-ya 10 gündən çoxdur ki, rəsmi müraciət olunsa da heç bir nəticə yoxdur.Hələ bunların seçkinin başlanmasına 24 saat qalmış "sükut günü" barədə seçki məcəlləsinə əsasən tələbə əməl edib etmədikləri də böyük sual altındadır. Çünkü qanun onlar üçün "Şah" deyil, "Şah" qanundur. Alternativsiz Reklam olunan namizəd isə 44 saylı "Sumqayıt-Xızı" seçki dairəsindən hazırkı lider əslən Laçın rayonundan olan Sumqayıt Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədlidir. Müşfiq Məmmədli Sumqayıt şəhərində ən böyük tikinti şirkəti olan "Qartal" tikinti şirkətinin sahibi Şahin Məmmədlinin bacısı oğludur. Məlumat üçün qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da əslən Laçın rayonundandır.

Mənbə: teref.az