Fransa qəzeti Salmanın karikaturasını yaydı - Foto

Fransa qəzeti Salmanın karikaturasını yaydı - Foto

Məşhur fransız karikaturaçısı Jan Plantu Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın karikaturasını çəkib.

Axar.az xəbər verir ki, “Le Mond” qəzetində yayımlanan karikaturada Fransa Prezidenti Emmanuel Makron da yer alıb.

Karikaturada Makronun üzərində “Səudiyyə Ərəbistanı üçün” yazılmış içi silahla dolu olan qutunu Məhəmməd bin Salmana verdiyi qeyd olunub. Salman da, “Sənə bunun qarşılığında verəcək pulum yoxdur, amma sənə sələfiləri verə bilərəm”, deyir.

Fransız karikaturaçı bununla Fransanın Səudiyyə Ərəbistanına silah satmasına etiraz etmək istəyib.

Mənbə: axar.az