Türkiyə koronavirusa görə İranla sərhədi bağlayıb

Türkiyə koronavirusa görə İranla sərhədi bağlayıb

Türkiyə koronavirusla əlaqədar İranla sərhəd-keçid məntəqələrini müvəqqəti bağlayıb.

Bunu bu gün Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

F.Qoсa deyib ki, bu gün yerli vaxtla saat 17.00 etibarı ilə sərhəd-keçid məntəqələri müvəqqəti bağlanıb, İran-Türkiyə avtomobil və qatar yolu bağlı elan edilib.

İran və Türkiyə arasında təyyarə uçuşları isə bu gün saat 20.00-dan dayandırılır və İrandan Türkiyəyə təyyarə qəbul edilməyəcək.

Mənbə: www.bizimyol.info