Suriya düşərgələrindəki beş yüzə yaxın tacik vətənə qayıtmaq istəyir

Suriya düşərgələrindəki beş yüzə yaxın tacik vətənə qayıtmaq istəyir

Suriya düşərgələrində vətənə qayıtmaq istəyən təxminən 500 Tacikistan vətəndaşı var, onların 212-si uşaq və qadınlardır.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Tacikistanın Xarici İşlər naziri Sirojiddin Muxiddin məlumat verib.

Nazir bildirib ki, Tacikistanın Küveytdəki səfirliyinin əməkdaşları Suriyaya gedir, hökumət və müxalifət nümayəndələri ilə danışıqlar aparırlar. Bu məsələ BMT-nin Uşaq Fondu və Qırmızı Aypara Beynəlxalq Fondu ilə də müzakirə olunur. Nazirin sözlərinə görə, Suriyada Tacikistan diplomatik nümayəndəliyin açılması yaxın vaxtlarda baş tutacaq.

Xatırladırıq ki, İraqdakı İŞİD qruplaşmasının cənginə keçən tacik ailələrinin 84 övladı ötən il aprelin sonunda vətənə gətirilmişdi. Bu uşaqların bir çoxunun ataları müharibədə ölüb, anaları terrorçulara kömək etdiklərinə görə həbs olunub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

Mənbə: azertag.az