Niderlanda Xocalı soyqırımı qurbanlarının xatirəsininə anım mərasimi keçirilib

Niderlanda Xocalı soyqırımı qurbanlarının xatirəsininə  anım  mərasimi keçirilib

23 fevral 2020- ci il tarixdə Niderland krallıgının Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsininə anım mərasimi keçirilmişdir.

Haaqa şəhərində yerləşən Azərbaycan Türk Kültür dərnəyinin təşkilatçılıgı ilə keçirilən anım mərasimində orada yaşayan azərbaycan, Türk, uygur, kırım tatarları,Türkmenler və sair icmalarının nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Azərbaycan Türk kültür dərnəyinin sədri İ.Aşqın iştirakçıları salamlayaraq onlara gəldikləri üçün təşəkkür etmişdir. Sonra soyqırım qurbanlarının xatırəsi bir dəqiqəlik sükütla yad edilmişdir. Tədbirdə xüsusi dəvət olunmuş qonaqlar da iştirak etmişlər.

Belə ki Türkiyənin Niderland Krallıgındakı səfirliyinin səfir yardımçısı Alpər bəy, Azərbaycanın Niderland Krallıgındakı səfiri Fikrət Axundov, Niderland parlamentinin CDA partiyası millət vəkilləri Chiris Van Dam, Michel Rogier, qəzetəçi yazar Jack Kroes da iştirakçılar arasında olmuşlar. Adları çəkilən qonaqlar tədbirdə çıxış edərək Xocalı soyqırımının təkcə azərbaycan xalqının deyil bütün insanlıgın faciəsi oldugunu bildirdilər və belə soyqırımların gələcəkdə təkrarlanmaması üçün bütün dünya xalqlarının , dövlətlərin birğə fəaliyyət içində olmalarının vacibliyini vurguladılar.

Sonra tədbir iştirakçıları erməni vəhşiliyinin qurbanı olmuş Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxudular və anıtın üzərinə çiçək dəstələri qoyaraq şəhidlərin heç vaxt unudulmayacagını ifadə etdilər, bu cinayəti törədənlərin cəzalandırılması üçün hər zaman mübarizə aparacaqlarını bildirdilər. Anıtın ətrafında xatirə şəkilləri çəkdirən iştirakçılar dünyanın hər tərəfində mediya qurumlarında, həmçinin sosial şəbəkələrdə faciə həqiqətlərini insanlara çatdıracaqlarını bildirdilər.

Tədbirin sonunda soyqırım qurbanlarının ruhuna ehsan verildi. İştirakçılar ehsan üçün Azərbaycan Türk kültür dərnəyinin qadın qolları üzvülərinə çəkdikləri zəhmətə görə təşəkkür etdilər.

Son söz olaraq dərnəyin sədri İ. Aşqın iştirakçılara müraciət edərək onları fevral ayının 26 saat 10:30 Haaqa şəhərində yerləşən Ermənistan səfirliyinin önündə keçiriləcək mitinqə dəvət etdi.

Mənbə: onn.az