GünazTV February.24.2020: Ramin Məmmədov. Amerika Birləşmiş Ştatları Konqresinin nümayəndələr palatasına Azərbaycan əsilli namizəd.

GünazTV February.24.2020: Ramin Məmmədov. Amerika Birləşmiş Ştatları Konqresinin nümayəndələr palatasına Azərbaycan əsilli namizəd.

Ramin Məmmədov. Amerika Birləşmiş Ştatları Konqresinin nümayəndələr palatasına Azərbaycan əsilli namizəd.Əgər kimdir Ramin Məmmədov sualına cavab axtarsaq o, Bakı şəhərində doğulub böyümüş, gənc yaşlarında Amerika Birləşmiş Ştatlarına imiqrasiya etmiş sadə insandır. Bütün miqrantlar kimi, o da çətin başlayan yolunu ağılı və bilikləri ilə uğura aparıb.

“Miçiqan Dövlət Universitetini bitirmişəm. Mən bu seçkilərdə namizədəm. Mən arzu edərdim mənim uğurum bizim imiqratntların gələcəkləri üçün bir uğur yolu olsu. Onlar bilsinlər ki, əgər onlar işlərinə, təhsillərinə istiqamətlənsələr və qəlblərini təmiz saxlasalar bu ölkədə uğur qazana bilərlər”

Ramin Məmmədovun namizədliyi Cənubi Karolina ştatının 5-çi dairəsindən irəli sürülüb. Əgər o bu çətin və məsuliyyətli yolu uğurla başa vurarsa, Konqresin nümayəndələr palatasında təmsil olunaçaq.Ramini bu siyasi yola gətirən isə, təbii ki, onun aldığı təhsil, yaşadığı ştatın ictimai-siyasi həyatındakı fəallığı səbəb olub. Özü isə bunu həm də, ştatın problemlərinin həll edilməsində rol alaraq, insanlara xidmət etmək niyyəti ilə əsaslandırır.

“Bizim ştatın iqtisadi, sosial, və təhsil problemləri var. İcmalarla görüşdə mən bunu daha dərindən öyrəndim.Mən bütün etnik qrupların, icmaların səsi olacam.O icmalarlaki mən tez- tez görüşürəm, onlar mənə nə qədər problemlərin olduğunu deyirdi. Bir neçə insan mənədən bu yola çıxmağı xahiş etdi. Onlarla söhbətdən sonra qərara gəldim ki, təhsilimi və təcrübəmi Cənubi Karolina Ştatı üçün işlədə bilərəm ”

İki oğul atası olan Ramin Məmmədova bu yolda ən yaxın dəstəkçisi də elə həyat yoldaşıdır. Cənubi Karolina Ştatının “The Herld” qəzeti Ramin haqqında məqalə dərc edib. Qəzet onun növbəti seçkilər üçün Respublikaçı konqresmen Ralf Normana qarşı mübarızə aparacağını yazır. 5 milyon əhalisi olan Cənubi Koralina Ştatının 5-ci dairəsinin namizədi olan Ramin Məmmədov bu dairədə yaşayan fərqli etnik qrupların səsini almağı düşnür.

“Bütün Amerikada yaşayan etnik icmalarla tez-tez görüşürəm. İspan, afroamerikalı, türk, gürcü,azərbaycanlı icmalarla görüşürəm. Onların həyatı barədə danışırıq. Mən istəyirəm bütün etnik icmaların nümayəndələri bilsin ki, konqresdə onların bir nümayəndəsi var. Mən hər kəsə kömək olmağa çalışacam”

Onun platformasında da aydın yazılıb ki, bu yol asan olmayacaq. Bizim ölkəmizin problemləri kreativ və düşünülmüş yollarla həll olunmalıdır. Amerikanın gənc imiqranta kömək etdiyini deyən müsahibim, düşünür ki, indi onun ölkəsi və amerikalılar qarşısında xidmət edərək borçunu qaytarmağının vaxtıdır. Artıq Amerikalılar Ramin Məmmədovun secki marafonunda rol alamaq üçün ianələr etməyə başlayıb. İanə edənlər arasında Azərbaycan və türk icmasının nümayəndələri də var. Təkcə Cənubi Karolina deyil, digər ştatlarda olan insanlar da bu kompaniyaya qoşulur. Çünki miqrantlar gözəl başa düşürlər ki, onların səsini, problemini yalnız onların yolunu keçmiş insan dərindən anlaya bilər. Odurki, Ramin Məmmədova dəstək olmaq istəyənlər onun kompaniyasında kiçik də olsa rolunu ala bilər. h

Mənbə: www.gunaz.tv