ABŞ Rusiya ilə “məhdud nüvə müharibəsi”nin məşqini edib

ABŞ Rusiya ilə “məhdud nüvə müharibəsi”nin məşqini edib

Ötən həftə ABŞ hərbçiləri “Rusiya ilə məhdud nüvə münaqişəsinin imitasiya xarakterli sınaqlarını keçiriblər.

Musavat.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti Pentaqondakı qaynaqlarına istinadən məlumat yayıb.

Qəzet bununla bağlı ABŞ-ıın Milli müdafiə-sənaye assosiyasının orqanı sayılan “National Defense” jurnalının materialından da istifadə edib.

ABŞ hərbi rəhbərliyi məhdudlaşdırıcı və önləyici tədbirlərlə rusları tam miqyaslı nüvə savaşından çəkindirməyə çalışdıqlarını bildiriblər.

“Təlimlər ABŞ-ın kiçik qüvvəli nüvə raketləri ilə təchiz edilmiş ən müasir sualtı qayıqlara sahib olduqdan baş tutması təsadüf deyil. Bu sualtı gəmilər Tramp administrasiyasının Rusiyanın taktiki silahlarına qarşı proqramı çərçivəsində hazırlanıb” – deyə qəzetin yazısında qeyd olunub.

Məqalədə ABŞ müdafiə naziri Mark Esperin Birləşmiş strateji komandanlıqla birlikdə Nebraskadakı təlimləri şəxsən izlədiyi vurğulanıb. Burada hətta müdafiə naziri “Rusiyanın Avropadakı bazalarına hücum zamanı yarana biləcək və imitasiya edilmiş böhran”da öz rolunu ifa edib.

“Ssenari Rusiyanın NATO-nun Avropadakı obyektlərinə kiçik qüvvəli nüvə zərbələri endirməsi halında yaranacaq fövqaladə vəziyyətin moddelləşdirilməsindən ibarət olub. Burada müdafiə nazirinin, habelə prezidentin necə reaksiya göstərəcəyi məşq edilib”, – deyə Pentaqonun yüksək rütbəli məmuru “The Guardian”a danışıb.

Onun sözlərinə görə məhdud və önləyici cavab sualtı qayıqlardan, ən yeni “W76-2” kiçik başlıqlı raketlərin düşmənə atılmasını nəzərdə tutur.

“Silahlara nəzarətin tərəfdarları isə həm ABŞ, həm də Rusiya rəhbərliyinin “məhdud münaqişələr” zamanı əllərindəki geniş nüvə arsenalından yalnız önləyici tədbir olaraq deyil, artıq tam qələbə üçün istifadə edəcəklərindən narahatlıqlarını ifadə edirlər”, – deyə yazının sonunda vurğulanıb.

Mənbə: www.cumhuriyyet.net