Niyam ilə Canseverin 2 ölkədə çəkilən klipi

Niyam ilə Canseverin 2 ölkədə çəkilən klipi

DİA.AZ: - Müğənni Niyam Salami Türkiyənin məşhur müğənnisi Cansever ilə birlikdə ifa etdiyi "Rollerdesin sadece" adlı duetə çəkilən klipi təqdim edib.
DİA.AZ xəbər verir ki, Canseverin rəsmi kanalında yayımlanan ekran işinin rejissorları Erkan Nas, Rüfət Şabanov, Enco Rasimov və Şevket Yalçındır.
Klipin çəkilişləri Türkiyə və Azərbaycanda baş tutub.
Qeyd edək ki, mahnının sözləri və musiqisi Canseverin özünə aiddir.

Mənbə: www.dia.az