ABŞ-ın yeni sanksiya hədəsinə Rusiyadan cavab

ABŞ-ın yeni sanksiya hədəsinə Rusiyadan cavab

ABŞ-ın 2020-ci il seçkilərinə müdaxilə iddiası ilə Rusiyaya sanksiyaları gücləndirəcəyi təhdidlərindən qorxmuruq.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Qətiyyən qorxmuruq! Üstəlik, reallıqla uzlaşmayan “Rusiya müdaxiləsi” mövzusu üzərində aparılan spekulyasiyaları ABŞ-ın daxili məsələsi olaraq görürürük”, - deyə diplomat bildirib.

Ryabkov qeyd edib ki, Vaşinqton daxili siyasətdə əlindəki arqumentlər tükəndikdə Rusiya mövzusuna müraciət edir:

“Bu, illərdir ki, qarşılaşdığımız kədərli həqiqətdir”.

Mənbə: axar.az