İran koronavirusla bağlı XƏBƏRDARLIQ ETDİ - "Bizi məcburiyyət qarşısında saxlamayın"

İran koronavirusla bağlı XƏBƏRDARLIQ ETDİ - "Bizi məcburiyyət qarşısında saxlamayın"

İranın Səhiyyə Nazirliyi koronavirusla bağlı əhaliyə müraciət edib.

Publika.az-ın məlumatına görə, açıqlamada qeyd edilir ki, nazirlik virusun aşkar edildiyi 11 əyalətdə ciddi tədbirlər görüb. İnsanlara küçələrə çıxmamaq barədə xəbərdarlıq edilib. Açıqlamaya görə, koronavirusla bağlı vəziyyət nəzarət altına alınıb. Sakinlərə hakim dairələrin verdiyi tövsiyyələrə əməl etmək çağırışı edilib.

“Ümid edirik ki, Səhiyyə Nazirliyinin çağırışlarına əməl ediləcək, bizi karantin vəziyyəti tətbiq etmək məcburiyyətində saxlamayacaqlar” - deyə açıqlamada vurğulanır. Qeyd edək ki, İranda koronavirusdan 15 nəfərin öldüyü açıqlanıb.

Anar Türkeş

Mənbə: publika.az