ABŞ Türkiyə ilə Rusiyanı savaşa sürükləyir? - Qəribə açıqlama

ABŞ Türkiyə ilə Rusiyanı savaşa sürükləyir? - Qəribə açıqlama

Ankara və Vaşinqton Rusiyaya müqavimət göstərmək məqsədilə əməkdaşlığı gücləndirməli və NATO daxilində fəaliyyətlərini təsirli hala gətirməlidir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Avropa Qüvvələri komandanı Tod Volters deyib.

“Türkiyənin Rusiyaya müqavimətdə rolu böyükdür. Hər iki ölkə Qara dəniz regionunu özlərinin nüfuz dairəsi olaraq dəyərləndirir. Liviyada atışmalar davam edir və İdlibdə münaqişə vəziyyətindədirlər”, - deyə komandan bildirib.

Mənbə: axar.az