Xocalı sakini: İyirmi səkkiz ildir bu ağrı ilə yaşayıram

Xocalı sakini: İyirmi səkkiz ildir bu ağrı ilə yaşayıram

Xocalı hadisələrində atam 48 gün erməni əsiriyində qaldı, qohumlarım amansız işgəncələrlə qətlə yetirildi. İyirmi səkkiz keçməsinə baxmayaraq, hələ də bu ağrı ilə yaşayıram.

Bu sözləri fevralın 26-da Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edən Xocalı sakini Roza Fətəliyeva AZƏRTAC-a müsahibəsində deyib.

“O gecə bir şəhər yer üzündən silindi. Xocalıda törədilən qanlı qırğın insanlığa qarşı vəhşilik idi. Xocalıda qətlə yetirilən günahsız insanların qanı yerdə qalmamalıdır. İnanırıq ki, Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, şəhidlərimizin qisası alınacaq”, - deyə R.Fətəliyeva qeyd edib.

Mənbə: azertag.az