Rusiya mətbuatı açıq şəkildə ermənilərə qarşı nifrəti təbliğ edir - Naira Ayrumyan

Rusiya mətbuatı açıq şəkildə ermənilərə qarşı nifrəti təbliğ edir - Naira Ayrumyan

Rusiyanın “Nezavisimaya qazeta” nəşri fevralın 25-də Lev Əsgərovun “Sumqayıt faciəsi. Nədən başlayıb və necə olub?” (SSRİ və Azərbaycan KQB-sinin arxivləri əsasında) adlı geniş məqaləsini dərc edib.

Həmin sənəddə iddia olunur ki, Sumqayıtdakı qırğınlar ermənilər tərəfindən törədilib və bundan əvvəl Ermənistanda onlarla azərbaycanlı qətlə yetirilib. 60-cı illərdə Eçmiədzin və Xankəndinin kahinləri “Böyük Ermənistan”ın yenidən qurulması planını işləyib hazırlamışdılar. Hansı ki, bu plandan Roma “titrəyib”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistanın Lragir.am saytında icmalçı Naira Ayrumyan səsləndirib.

O, daha sonra bunları yazır:

“Bir kənara qoyaq ki, Sumqayıt faciəsindən əvvəl Kapanada öldürüldüyü iddia edilən azərbaycanlıların adlarını çəkməyin və 30-cu illərdən sonra Xankəndidəki Erməni Apostol Kilsəsi və erməni keşişlərinin yeparxiyası 1988-ci ilə qədər Qarabağda ləğv edildi.

Anadolu Türkləri kimi Xəzər Türklərinin də erməniləri öldürdüklərini etiraf etməyə cəsarət etməmələrini bir kənara qoyaq.

Bu “tezis”lərlə mübahisə etmək də yersizdir. Sual oluna bilər ki, Rusiya Sumqayıt talanlarına münasibətini dəyişdi və “Nezavisimaya qazeta” hansı məbləğə Sumqayıtdakı erməni talanlarına haqq qazandırmaq istəyib?

Bu gün (söhbət fevralın 25-dən gedir – Konkret.az) Rusiyanın “böyük dostu”, Türkiyə Prezidenti Ərdoğan Bakıya gəlir və yəqin ki, Moskva Əliyev və Ərdoğanı “gözdən salmaq” qərarına gələrək, Sumqayıtda erməni qırğınlarına haqq qazandırdığı kimi, erməni soyqırımına haqq qazandıra biləcəyinə işarə edəcək. Antierməni təbliğatı yenə də “Rusiya-Türkiyə” dostluğunun əsas alətidir.

Rünet ermənilərə nifrət edən məqalə və postlarla doludur. Bu yaxınlarda biz Anna Lebedevanın “Erməniləri döy, Rusiyanı xilas et” adlı məqaləsini dərc etdik. Bu təbliğat əlbəttə ki, Azərbaycan tərəfindən maliyyələşdirilir, lakin Rusiya kabinetlərində planlaşdırılır.

“Nezavisimaya qazeta”dakı məqalə də bu təbliğatın bir hissəsidir. “Roskomnadzor”un Rusiya ərazisində Lragir.am saytını bloklaması təsadüf deyil.

Bu ölkənin xüsusi xidmət orqanları, sadəcə, onların planlarına mane olan hər şeyi kəsirlər. Bu planların prioriteti isə həmişə Rusiya, Türkiyə və digər azərbaycanların inşa etdikləri torpaqlarda ermənilərə və digər avtoxton millətlərinə qarşı nifrət təbliğ etmək olub və olacaq”.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az