Türkiyə vətəndaşı: Bu kədərli gündə azərbaycanlı qardaşlarımızın yanında olmaq üçün Bakıya gəlmişik

Türkiyə vətəndaşı: Bu kədərli gündə azərbaycanlı qardaşlarımızın yanında olmaq üçün Bakıya gəlmişik

Türkiyənin Adana vilayətindən və Ankara şəhərindən öz təşəbbüsümüzlə 50 nəfərlik nümayəndə heyəti ilə ilk dəfədir Azərbaycana gəlmişik. Məqsədimiz 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən qətliamı, bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədənləri sərt şəkildə qınamaq, azərbaycanlı qardaşlarımızın kədərini paylaşmaqdır.

Bunu Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən anım mərasimində iştirak etmək üçün Türkiyədən gələn Ayhan Binboya AZƏRTAC-a müsahibəsində deyib.

Bakıdakı “Ana harayı” abidəsini ziyarətə edərək, şəhidlərimizin ruhuna dualar oxuduqlarını, qanlı faciənin şahidi olan insanların kədərlərini bölüşdüklərini vurğulayan A.Binboya bildirib: “Xocalıdan olan azərbaycanlı qardaşlarımızın ağrı-acısını, kədərini bölüşməyə çalışırıq. Bu, ölkələrimizin və xalqlarımızın qardaşlığının təzahürüdür. Ulu öndər Heydər Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Türkiyə həmişə Azərbaycanın yanında olub və bundan sonra da olacaqdır. Bizim birliyimiz könül birliyidir”.

Mənbə: azertag.az