"ABŞ Azərbaycan qazının Avropaya çatdırılmasında maraqlıdır"-RƏY

"ABŞ Azərbaycan qazının Avropaya çatdırılmasında maraqlıdır"-RƏY

ABŞ Dövlət Departamentinin rəsmisi Bakıya gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnellinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Politoloq Elxan Şahinoğlu bu görüşü Sonxeber.az-a şərh edərək bildirib ki, ABŞ Azərbaycanın strateji tərəfdaşıdır:
"ABŞ bir çox enerji layihələrinə dəstək verir. Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinə ən böyük dəstəyi Türkiyədən sonra məhz Amerikadan aldıq. İki istiqamət var ki, Amerika ilə Azərbaycan arasında əməkdaşlıq uğurla inkişaf edir. Birincisi enerji, ikincisi isə təhlükəsizlik sahəsində əməkdaşlıqdır. Enerjinin özü də təhlükəsizlik ilə bağlıdır. Amerika marağındadır ki, Azərbaycanın enerji resursları, qazı Avropaya çatdırılsın və Avropanın Rusiyadan qaz asılılığı azalsın. Bu mənada görünür Amerika ilə Azərbaycan arasında fikir mübadiləsini davam etdirməyə ehtiyac var"

 

 

Mənbə: sonxeber.az