Xocalı soyqırımı xalqımızın köksündə sağalmaz yaraya çevrilib

Xocalı soyqırımı xalqımızın köksündə sağalmaz yaraya çevrilib

Xocalı soyqırımından 28 il ötür. İyirmi səkkiz il əvvəl ermənilər Xocalıda insanlığa qarşı ən dəhşətli cinayətlər törədib, günahsız, dinc insanların qanlarını axıdıblar.

Bu sözləri fevralın 26-da Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edən Xocalı sakini Sarvan Əliyev AZƏRTAC-a müsahibəsində deyib.

S.Əliyev bildirib: “Həm gecənin dəhşəti barədə danışmaq mənə çox çətindir. Fevralın 25-dən 26-na keçən gecə yüzlərlə şəhid verdik. Onların çoxu itkin düşdü, məzarları belə yoxdur. O gündən Xocalı soyqırımı xalqımızın köksündə sağalmaz yaraya çevrilib. Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Bu faciə həm də əsrlərboyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürüdür”.

Mənbə: azertag.az