Zelenski: “Kiyev yaxın vaxtlarda Krımı qaytara bilməyəcək”

Zelenski: “Kiyev yaxın vaxtlarda Krımı qaytara bilməyəcək”

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevin yaxın vaxtlarda Krımı qaytara bilməyəcəyini etiraf edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

“Bu, sabah həll olunmayan çətin bir məsələdir, amma bu gün etməli işlərimiz var” deyib.

Buna baxmayaraq, Zelenski Krım üzərində Ukrayna bayrağını dalğalandırmaq üçün hər şeyi edəcəyini qeyd edib.

O, həmçinin əlavə edib ki, Donbassda sülhü əldə etmək üçün yarımadanın taleyi masa üzərinə qoyula bilməz.

Daha əvvəl Ukrayna prezidenti bildirib ki, yaxın günlərdə Krım Muxtar Respublikasının və Sevastopol şəhərinin işğala qarşı müqavimət gününün hər il fevralın 26-da qeyd olunacağı ilə bağlı fərman imzalayacaq.

Krım 2014-cü ilin mart ayında referendum yolu ilə Rusiyanın tərkibinə daxil olub. Rəsmi Kiyev bu seçkinin səslərini tanımadığını və yarımadanı öz ərazisi hesab etdiyini açıqlayıb.

Mənbə: konkret.az