Kiyevdə bir nəfər Zelenskinin ofisində özünü yandırmağa cəhd etdi

Kiyevdə bir nəfər Zelenskinin ofisində özünü yandırmağa cəhd etdi

Kiyevdə tibbi aksiya zamanı bir nəfər özünü Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisində yandırmağa cəhd edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

Tədbir iştirakçıları və polis yanğını söndürüb. O, təcili xəstəxanaya aparılıb.

Kişi deyib ki, bir neçə gün əvvəl tək piketə çıxıb, amma heç kim onu eşitməyib.

Fevralın 26-da Zelenskinin ofisinin yaxınlığında həkimlərin etiraz aksiyası keçirilib. Həkimlər qeyri-kommersiya müəssisələrində kommunal xidmətlərinin optimallaşdırılması bəhanəsi ilə xəstəxanaların ləğv edilməsinə etiraz edirlər.

Mənbə: konkret.az