Dünyada koronavirusla bağlı ƏN SON VƏZİYYƏT

Dünyada koronavirusla bağlı ƏN SON VƏZİYYƏT

Çində koronavirusa yoluxanların sayı 78 mini ötüb, virusdan ölənlərin sayı isə 2715 nəfər olub.

Sonxeber.az-ın məlumatına görə, Çində yeni artım tempi yavaşladıqca, diqqət digər ölkələrə yönəldilib.
Çindən sonra ən çox yoluxma vəziyyətinə görə üç ölkə: Cənubi Koreya, İtaliya və İran olub. Cənubi Koreyada yoluxma halı 1261 nəfər çatıb, 11 nəfər isə virusdan ölüb. İtaliyada isə yoluxma halı 374-ə, ölənlərin sayı 12-yə çatıb.
İrandakı rəsmi məlumatlara görə, 100-dən çox adamda koronavirus aşkar olunub, 19 nəfər ölüb. Virusun İranın Səhiyyə Nazirinin köməkçisinə də yoluxması, epidemiyanın sürətlə yayıldığını göstərir.

Türkiyə, Əfqanıstan, Bəhreyn, İraq və Oman, İrana səyahəti məhdudlaşdırılıb.
ABŞ dünyaya səslənərək "koronavirusla bağlı həqiqəti söyləməyə" çağırıb.
Eyni zamanda Braziliya da virusun yoluxduğu ilk Latın Amerikası ölkəsidir. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri, Çindən kənarda yoluxma hallarının qəfil artmasının narahatedici bir vəziyyət olduğunu bildirib. Xəstəliyin pandemiyaya çevrilə biləcəyi ilə bağlı xəbərdarlıqlar da var.

 

 

Mənbə: sonxeber.az