Koronavirus nəzarətsiz yayılır - ABŞ Mərkəzindən ŞOK AÇIQLAMA

Koronavirus nəzarətsiz yayılır - ABŞ Mərkəzindən ŞOK AÇIQLAMA

ABŞ-ın Kaliforniya ştatındakı San-Fransisko şəhərində yeni tip koronavirusa yoluxma faktı aşkarlanıb.

Publika.az xəbər verir ki, koronavirusun mənbəyi tapılmayıb.

Belə ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi virusu yaxın dövrdə xaricə səyahət etməmiş və ya başqa bir xəstə ilə təmasda olmayan bir şəxsdə aşkarlayıb.

Mərkəzin açıqlamasında bu tapıntının xəstəliyin xalq arasında nəzarətsiz şəkildə yayıldığının işarəsi ola biləcəyi vurğulanıb.

Karantinə alınan son xəstə ilə birlikdə ABŞ-da koronavirusa yoluxma sayı 60-a çatıb. Əvvəlki xəstələr Çinə səyahət etmiş şəxslər və onlarla təmasda olanlardır.

Zümrüd

Mənbə: publika.az