İrəvanda "əfsanəvi kəşfiyyatçı "Vartanyanla faşist quyruğu Nijdenin qoşa heykəlini də qoysanız...

İrəvanda "əfsanəvi kəşfiyyatçı "Vartanyanla faşist quyruğu Nijdenin qoşa heykəlini də qoysanız...

"Nijdenin haqqında çox eşidibsiniz.İkinci dünya müharibəsi vaxtı hitlerçilərə qoşularaq sovet əsirlərinə və yəhudilərə divan tutub.Müharibədən sonra SSRİ-də satqın kimi həbs edildi və həbsxanada öldü.Ermənilər onu milli qəhrəmana çevirərək İrəvanda heykəlini qoyublar -6 metr hündürlüyündə.Hazırda faşist cinayətkarlarının qəhrəmanlaşdırılması beynəlxalq sənədlərlə cinayət sayılsa da ,ermənilər faşistə qoyduqları heykəli sökməkdən imtina edirlər."Bu fikirləri özünün feysbuk səhifəsində Bakı-xəbər qəzetinin baş redaktoru Aydın Quliyev paylaşıb:"

Ermənilər təzə bir qondarma qəhrəman düzəltməyə başlayıblar.Gevorq Vartanyan-əfsanəvi kəşfiyyatçı kimi sırıyaraq guya 1943-cü ildə Tehran konfransında Stalini,Ruzvelti və Çörçili öldürmək istəyən Hitlerin hərbi kəşfiyyatı ABVER-in planlarını pozan şəxs kimi tanıtmağa çalışırlar.Barəsində kitab da yazıb təqdimat ediblər.Tam yalandı və tarixi ,özü də kəşfiyyat tarixini saxtalaşdırmaq cəhdidir.Bəlkə də Vartanyan Tehranda olub.Ancaq bildiyim qədər sui-qəsd planını pozan kəşfiyyatçıların arasında ən fəallardan biri azərbaycanlı və son dövrlərədək Bakıda yaşamış həqiqətən əfsanəvi kəşfiyyatçı Məmmədhüseyn Əsədov olub.Bu işinə görə hətta iki mükafat -Lenin ordeni və Qızıl Ulduz alıb.Əfsanəvi kəşfiyyatçı budur,Vartanyan yox.

Başqa bir maraqlı və ifşaedici məqam da var.Ermənilər Hitlerə satılmış cani Nijdeni də,Tehranda ABVER-in sui-qəsd planını guya ifşa etmiş Gevorq Vartanyanı da eyni dərəcədə Milli qəhrəman kimi qəbul etdirməyə çalışırlar.Riyakarlığın hüdud tanımayan "təntənəsi".....

Bircə o qalır ki ,İrəvanın mərkəzində faşist Nijdenin abidəsinin yanında Vartanyanın da heykəlini qoysunlar...SAXTAKARLAR....."

Mənbə: olaylar.az