İv Lasmartres: Gələcəkdə oxşar faciələrin təkrarlanmaması üçün Xocalı soyqırımı tanınmalıdır

İv Lasmartres: Gələcəkdə oxşar faciələrin təkrarlanmaması üçün Xocalı soyqırımı tanınmalıdır

Xocalı soyqırımı qurbanlarının xatirəsi hər il anılır və hesab edirəm ki, bu olduqca zəruridir. Belə tədbirlər kütləvi qırğını, xüsusilə də onun dəhşətli anlarını, eləcə də tarixi unutmamağa xidmət edir. Çünki keçmişi bilmədən davamlı gələcək qurmaq mümkün deyil.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə Parisdə təşkil olunmuş anım mərasimində iştirak edən ictimai işlər üzrə xüsusi konsultant İv Lasmartres bildirib.

“Avropada, xüsusilə də Fransada Xocalı qırğını qurbanlarının xatirəsi anılmalıdır. Gələcəkdə belə faciələrin təkrarlanmaması üçün bu faciə tanınmalı və onun qurbanlarının xatirəsi ehtiramla yad edilməlidir. Tarixin təkrarlanmaq tendensiyası var. Bu anım mərasimində faciənin şahidlərini dinlədikdə təsirli anlar yaşadıq. Bu şahidlik, həmçinin ümid işığıdır. Daha yaxşı, daha gözəl dünya və gələcək qurmaq üçün keçmişi unutmamalıyıq. Bu baxımdan belə anım tədbirləri vacibdir”, - deyə İ. Lasmartres vurğulayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Mənbə: azertag.az