Əsədə verilən vaxt başa çatır: Ordu hazır vəziyyətə gətirildi, Türkiyə...

Əsədə verilən vaxt başa çatır: Ordu hazır vəziyyətə gətirildi, Türkiyə...

Martın 5-də Türkiyə, Rusiya, Almaniya və Fransa liderlərinin İstanbulda keçiriləcək zirvə toplantısı İdlib böhranı üçün dönüş nöqtəsi olacaq.
Publika.az xəbər verir ki, bu barədə AKP-nin sözçüsü Ömər Çelik deyib.
Onun sözlərinə görə, Suriyada Əsəd rejiminin öz mövqelərinə çəkilməsi üçün verilən vaxt tamamlanmaq üzrədir: “Bu vaxt başa çatanda Türkiyə ordusu üzərinə düşən vəzifəni yerinə yetirəcək. Bütün hazırlıqlar tamamlanıb”.
Ö.Çelik qeyd edib ki, İdlibdə, ümumilikdə Suriyada terrorla mübarizədən geri çəkilməyəcəklər.
“Fərat qalxanı, Zeytun budağı və Sülh Çeşməsi əməliyyatları ilə sərhədlərimizdə terror dövlətinin qurulmasının qarşısını aldıq. Eyni qətiyyətlə yolumuza davam edirik. PYD terror təşkilatı Əsəd qüvvələri ilə təmaslar quraraq, məqsədinə çatmağa çalışır. Bu əməliyyatları sərhədlərimizdən kənarda həyata keçirməsək, sərhədlərimizin içində keçirmək məcburiyyətində qalacağıq”, - Çelik bildirib.
Xatırladaq ki, bu ayın əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında Əsəd qüvvələrinin öz mövqelərinə çəkilməsi üçün fevralın sonuna kimi vaxt vermişdi. Əks təqdirdə, türk ordusu birbaşa Əsəd qüvvələri ilə döyüşlərə başlayacaq. İndi hər şey martın 5-də keçirilcək zirvə görüşündən sonra məlum olacaq.
Asif

Mənbə: publika.az